Xəzər Xəbər

Mustafi zədəyə görə 6 həftə meydana çıxa bilməyəcək

İdman | 11:34 • 14 Oktyabr 2017
Mustafi zədəyə görə 6 həftə meydana çıxa bilməyəcək

Londonun "Arsenal” klubunun və Almaniya futbol yığmasının müdafiəçisi Şkodran Mustafi altı həftə meydana çıxa bilməyəcək.

"Mirror” saytı xəbər verir ki, futbolçu 2018-ci il dünya çempionatının seçmə mərhələsinin sonuncu turunda Azərbaycan millisi ilə qarşılaşmada bud sümüyündən zədə alıb. Mustafinin zədəsinin bərpası üçün 4-6 həftə vaxt lazımdır. Almaniyalı, həmçinin dizaltı vətər travması da alıb. Oyunda start heyətdə meydana çıxan futbolçu zədələnərək 36-cı dəqiqədə əvəzlənib.

İyirmi altı yaşlı futbolçu daha əvvəl İtaliyanın "Sampdoriya” və İspaniyanın "Valensiya” klublarında forma geyib. 2016-cı ildən "Arsenal”ın idman şərəfini qoruyan futbolçu bu müddət ərzində keçirdiyi 31 oyunda 2 qol vurub.

Bundan əvvəl "Mançester Siti” klubunun argentinalı hücumçusu Serxio Aqüero Amsterdamda yol-nəqliyyat hadisəsi zamanı qabırğasını sındırmışdı. Forvardın İngiltərə Premyer Liqasının səkkizinci turu çərçivəsində oktyabrın 14-də "Stouk Siti” komandası ilə oyunda iştirak edəcəyi bildirilir./publika.az

Rubrikanın digər xəbərləri

Xəbər lenti