Xəzər Xəbər

“Qarabağ”- “Atletiko” oyununa 15 min bilet satıldı

İdman | 10:25 • 4 Oktyabr 2017
“Qarabağ”- “Atletiko” oyununa 15 min bilet satıldı

"Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsində növbəti ev oyununda qarşılaşacağı "Atletiko”yla matça bilet satışı davam edir.

XəzərXəbər xəbər verir ki, ötən günə olan məlumata görə, satılan biletlərin sayı 15 000-ə çatıb.

Azarkeşlər biletləri aşağıda qeyd olunan satış məntəqələrindən və onlayn olaraq iTicket.az saytından əldə edə bilərlər. Biletləri əldə edərkən şəxsiyyət vəsiqəsi təqdim olunmalıdır.

Qeyd edək ki, "Qarabağ” - "Atletiko” matçı oktyabrın 18-də saat 20:00-da start götürəcək.

Biletlərin qiymətləri
VIP – 50 AZN
Kateqoriya 1 – 20 AZN
Kateqoriya 2 – 10 AZN
Kateqoriya 3 – 5 AZN
Kateqoriya 4 – 2 AZN

Şatış məntəqələri
Asan Xidmət Mərkəzləri
Heydər Əliyev Sarayının kassası
28 Mall
Gənclik Mall
Park Bulvar (Qarabağ FK Fanshop)
M.Rəsulzadə 3 (Azərb. k/t yaxınlığı)
Bül-bül prospekti, Nizami küç. (Nizami k/t yaxınlığı)
Üzeyir Hacıbəyov küç.69x (Hökümət evinin arxası)

Xəbər lenti