Xəzər Xəbər

Süleymanoğlu komaya düşdü: bir neçə gün ömrü qalıb

İdman | 16:58 • 26 Sentyabr 2017
Süleymanoğlu komaya düşdü:

Ağır atletika üzrə Avropa, Dünya, Olimpiya çempionu olan məşhur türkiyəli atlet Naim Süleymanoğlu komaya düşüb.

Qaraciyər çatışmazlığından əziyyət çəkən Süleymanoğlu 2 ay idi Bakırköy Sadi Konuk xəstəxanasında müalicə alırdı və qaraciyər transplantasiyası edilmədiyi təqdirdə öləcəyi deyilmişdi. Ötən həftə yaxşılaşıb xəstəxanadan çıxan 50 yaşlı sabiq idmançının vəziyyəti 2 gün əvvəl yenidən pisləşib və o hazırda komadadır.

Xəstəliyinin heç kim tərəfindən bilinməsini istəməyən, hətta öz övladından belə gizlədən Naim Süleymanoğlu "Heç kimə deməyin, heç kimə zəng etməyin və kömək istəməyin. Onsuz da kifayət qədər yaşamışam, ölsəm, öləcəm" deyib. Lakin sabiq atletin vəziyyəti pisləşəndən sonra yaxınları digər məşhur atlet Xəlil Mutluya bu barədə xəbər vermək məcburiyyətində qalıblar.


Xəbər lenti

Çox oxunanlar