Heydər Əliyev Fondunun təşəbbüsü ilə
"İradənlə tarix yaz”, "Marafonda bizimlə ol” şüarları altında keçirilən
"Gəncə Marafonu-2017”nin qalibləri məlum olub.
Birinci yerə Türkiyə vətəndaşı Üzeyir Söyləməz, ikinci yerə İran İslam Respublikasının vətəndaşı Məhəmməd Cəfər Muradi, üçüncü yerə isə Gürcüstan vətəndaşı Timuraz Baikeev çıxıb.
Qadınlar arasında birinci Ukrayna vətəndaşı Volentina Poltavıska olub.
Qaçışı ikinci yerdə azərbaycanlı Anna Yusupova, üçüncü yerə isə Böyük Britaniya vətəndaşı Nataşa Petersen tamamlayıb.
***
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən "Gəncə Marafonu-2017”yə start verilib.
Marafon saat 10:00-da Heydər Əliyev Park Kompleksindəki Zəfər Tağının önündən başlayıb, Nizami Gəncəvi prospekti, Heydər Əliyev prospekti, Cavad xan küçəsi, "Gəncəçay” bulvarı, Şah İsmayıl Xətai prospekti boyunca davam edib Heydər Əliyev park kompleksinə qədər 17 kilometrlik məsafəni əhatə edəcək.
Azərbaycanın
qədim tarixə sahib Gəncə "İradənlə tarix yaz”, "Marafonda bizimlə ol”
şüarı altında regionlar arasında marafona ev sahibliyi edən ilk
şəhərdir.
Layihə regionlarda idmanın inkişafına dəstək, sağlam həyat tərzini, eləcə də Azərbaycanın
ayrı-ayrı bölgələrində müxtəlif yaşda insanlar arasında xeyirxah
amallar naminə həmrəylik ideyalarını təbliğ etmək məqsədi daşıyır.
"Gəncə Marafonu –2017” Heydər Əliyev
Fondunun Regional İnkişaf İctimai Birliyi (RİİB) və Gəncə şəhər İcra
Hakimiyyətinin dəstəyi ilə təşkil olunur. Marafonun eksklüziv tərəfdaşı "Azercell Telekom” şirkətidir. Layihənin icrasını isə Sport Marketing Group (SMG) şirkəti həyata keçirir.