Xəzər Xəbər

Fernando Torres gələcək karyerasından danışdı

İdman | 19:59 • 15 Sentyabr 2017
Fernando Torres gələcək karyerasından danışdı

"Atletiko"nun hücumçusu Fernando Torres gələcək karyerası barədə danışıb

33 yaşlı futbolçu hələ bir neçə il də oynamaq istədiyini qeyd edb: "Mənə şans veriləcəyi təqdirdə, əlimdən gələni edəcəyimə söz verirəm. Çünki bunu "Atletiko" azarkeşləri istəyirlər. İrəlidə çox ilim var. Özümü komandanın əsas oyunçusu kimi hiss etmək istəyirəm".

Qeyd edək ki, İspaniya millisinin sabiq üzvü 2015-ci ildən Madrid klubunda oynayır. Onun komandası Çempionlar Liqasında təmsilçimiz "Qarabağ"la eyni qrupda mübarizə aparır.

Xəbər lenti