Xəzər Xəbər

"Barselona" almanlara 100 milyon avro verəcək + 30 milyon bonus

İdman | 14:43 • 22 Avqust 2017
"Barselona" almanlara 100 milyon avro verəcək

"Barselona"nın Dortmund "Borussiya"sından transfer etməyə hazırlaşdığı Usman Dembeleyə görə ödəyəcəyi məbləğ müəyyənləşib.

"Mundo Deportivo" xəbər verir ki, Kataloniya klubu almanlara 100 milyon avro verəcək. Üstəlik, "Borussiya"nın hesabına əlavə 30 milyon avro da köçürülə bilər. Bu, Dembelenin "Barsa"da necə oynayacağından asılıdı.

Tərəflər hazırda müqavilənin digər detallarını müzakirə edir./fanat.az

Xəbər lenti