Burak Yılmaz karyerasını yenidən vətənində - Superliqada sürdürəcək. Çin klubu"Beyçzin Qoan”dan ayrılan hücumçu "Trabzonspor”da top qovacaq.
Yılmaz 2010-2012 aralığında şərəfini qoruduğu trabzonlularla 3 illik müqavilə imzalayacaq. 32 yaşlı forvard illik 3,5 milyon avro qazanacaq. Keçiddən 3,5 milyon avro gəlir götürəcək çinlilərin əlavə 500 min avro mükafat pulu tələbiylə çıxış etmək hüququ da var.
Futbolçunun özü də sosial şəbəkədə "Trabzonspor"da oynayacağını açıqlayıb.