Xəzər Xəbər

Fatih Terimin işsizlik maaşı açıqlandı Şok məbləğ

İdman | 13:05 • 2 Avqust 2017
Fatih Terimin işsizlik maaşı açıqlandı

Türkiyə Futbol Federasiyasının istefaya göndərdiyi Fatih Terimin müqaviləsindəki bir maddə ortaya çıxıb. Mütəxəssis 15 ay ərzində heç yerdə işləməsə federasiyadan hər ay 291 min avro (1 milyon 193 min lirə) təzminat alacaq.

Terim hansı ayda işə başlasa, təzminatın ödənilməsi dayandırılacaq. Məsələn, o, oktyabr ayında iş tapsa, avqust və sentyabr ayları üçün TFF-dən 582 min avro alacaq./fanat.az


Xəbər lenti