Xəzər Xəbər

Mourinyo: "Qalatasaray"ın məni alması, Fellainini transfer etməkdən daha asandı"

İdman | 12:21 • 31 İyul 2017
Mourinyo:

"Mançester Yunayted"in baş məşqçisi Joze Mourinyo adı "Qalatasaray"la hallanan Maruan Fellaini haqda açıqlama verib.

Portuqaliyalı mütəxəssis belçikalı futbolçunun komandadan ayrılmayacağını bəyan edib:

"Qalatasaray"ın məni alması, Fellainini transfer etməkdən daha asandı. O, bizim üçün çox vacib oyunçudur və ayrılması mümkünsüzdür".

Təcrübəli mütəxəssis "Çelsi"dən "Mançester Yunayted"ə keçəcəyi gözlənilən Nemanya Matiç haqda da danışıb:

"Matiç bizə gəlməyi çox istəyir. Onu tranfer etmək üçün yaxşı şansımız var. Forma nömrəsi də hazırdır və onun yolunu gözləyir".

Xəbər lenti