Xəzər Xəbər

"Real" Mbappe transferini həll etdi 180 milyon avroya

İdman | 16:27 • 25 İyul 2017
"Real" Mbappe transferini həll etdi

Madrid "Real”ı transfer fəaliyyətini davam etdirir.

"Kral klubu” bir müddətdir ki, "Monako” ilə danışıqlar apardığı Kilian Mbappe transferində müsbət nəticə əldə edib. "Marca” qəzetində yer alan məlumata görə, Madrid klubu gənc futbolçunun transferində "Monako”nu razı sala bilib. Anlaşmaya görə, bu keçid üçün "knyazlıq klubu” 180 milyon avro təzminat alacaq.

Xəbərdə qeyd edilib ki, Mbappe tibbi müayinədən keçdikdən sonra 6 illik müqaviləyə qol çəkəcək və illik maaşı 7 milyon avro olacaq.

Əgər hər hansı problem yaranmasa, bu keçid futbol tarixinin ən bahalı transferi olacaq.

Xəbər lenti