Xəzər Xəbər

Rəşad Sadiqov “Zirə”dən qovuldu

İdman | 12:38 • 24 İyul 2017
Rəşad Sadiqov “Zirə”dən qovuldu

"Zirə” klubunda gözlənilməz ayrılıq baş verib. Yarımmüdafiəçi Rəşad Sadiqov komandadan kənarlaşdırılıb.

Bildirilir ki, baş məşqçi Ayxan Abbasov bu barədə rəhbərliyə təqdimat ünvanlayıb. Nəticədə futbolçu intizamsız davranışına görə komandadan xaric edilib.

Qeyd edək ki, Rəşad Sadiqov "Zirə”yə bu yay "Qəbələ”dən keçib.

Xəbər lenti