Xəzər Xəbər

"Barselona"ya üzücü cavab: "O, SATILMIR"

İdman | 15:41 • 21 İyun 2017
"Barselona"ya üzücü cavab:

"Barselona"nın Hektor Belyerini heyətə qatmaq arzusu gözündə qalıb. London "Arsenal"ının rəhbərliyi Kataloniya klubuna "müdafiəçi satılmır" cavabı verib.

İspan arxa xətt oyunçusunun xidmətindən 2017/18 mövsümündə faydalanmaq istədiklərini açıqlayan londonlular Belyerini 2018-in qışına qədər heç yerı buraxmayacaqlarını, ardından müdafiəçiylə yeni müqavilə imzalamağa çalışacaqlarını söyləyib.

Qeyd edək ki, bir müddət öncə AS nəşri Belyerinin "Barsa"yla anlaşdığını yazmışdı.

Xəbər lenti