Xəzər Xəbər

Konfederasiyalar Kuboku: Almaniya-Avstraliya - 3:2

İdman | 10:06 • 20 İyun 2017
Konfederasiyalar Kuboku:

İyunun 19-da futbol üzrə Konfederasiyalar Kuboku turnirində "B” qrupunun ikinci matçında Almaniya və Avstraliya milli komandaları qarşılaşıb.

Soçi şəhərində keçirilən oyun Almaniya yığmasının 3:2 hesablı qələbəsi ilə başa çatıb. Almaniya yığmasının heyətində qolları oyunun 5-ci dəqiqəsində Lars Stindl, 45-ci dəqiqədə Yulian Draksler (penaltidən) və 48-ci dəqiqədə Leon Goreçka vurub. Avstraliya komandasının heyətində 41-ci dəqiqədə Tom Rogik, 56-cı dəqiqədə Tomi Juric fərqləniblər.

Xatırladaq ki, iyunun 18-də Konfederasiyalar Kubokunun "B” qrupunun birinci oyununda Çili millisi Kamerun komandasına 2:0 hesabı ilə qalib gəlmişdi. Beləliklə, bu qrupda ilk turdan sonra hər birinin hesabında 3 xal olan Çili və Almaniya yığmaları birinci və ikinci yerləri bölüşürlər.

İyunun 21-də "A” qrupunda növbəti oyun Moskvada Rusiya və Portuqaliya komandaları arasında olacaq. Görüş saat 19:00-da başlayacaq. Həmin qrupun digər matçında Meksika millisi Yeni Zelandiya ilə qarşılaşacaq. Soçidə keçiriləcək bu görüşə saat 22:00-da start veriləcək.

Turnirə iyulun 2-də yekun vurulacaq.

Xəbər lenti

Çox oxunanlar