Xəzər Xəbər

Qaradağda 10 min manatlıq OĞURLUQ

Hadisə | 11:23 • 19 Mart 2024
Qaradağda 10 min manatlıq

Qaradağda 10 min manatlıq oğurluq olub.

Xezerxeber.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Belə ki, Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Şöbəsi və 38-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Cinayət Məcəlləsinin 177-ci maddəsi ilə (oğurluq) axtarışda olan Ruslan Mahmudlu saxlanılıb.

Araşdırmalarla onun Sahil qəsəbəsi ərazisində içərisində 2000 manat qiyməti olan təmir alətləri ilə birlikdə 8000 manat dəyərində konteyner oğurlaması da müəyyən edilib.

Rubrikanın digər xəbərləri

Xəbər lenti

Çox oxunanlar