Xəzər Xəbər

Qaraçuxurda 17 evin su sayğacı oğurlanıb

Hadisə | 13:30 • 28 Sentyabr 2022
Qaraçuxurda 17 evin su sayğacı oğurlanıb

Suraxanı rayonunun Qaraçuxur qəsəbəsi ərazisində müxtəlif vaxtlarda 17 evin su sayğacları oğurlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətdən xezerxeber.az-a bildiriblər ki, oğurluqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Rauf Hümbətov Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılıb.

Faktla bağlı rayon polis idarəsi tərəfindən tədqiqat davam edir.

Xəbər lenti