Xəzər Xəbər

Uşağını görməyə getdi, arvadını öldürüb qaçdı - Xırdalandakı qətlin təfərrüatı

Hadisə | 14:55 • 21 Sentyabr 2022
Uşağını görməyə getdi, arvadını öldürüb qaçdı - Xırdalandakı qətlin təfərrüatı

Arvadını xüsusi amansızlıqla öldürməkdə təqsirləndirilən Elgün Ağahəsənovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

XəzərXəbər xəbər verir ki, Xırdalanda baş verib. Xırdalan şəhəri 20 Yanvar küçəsində yerləşən nömrəsiz fərdi evdə yaşayan 1986-cı il təvəllüdlü Ağahəsənov Elgün Rasim oğlu həyat yoldaşı - 1994-cü il təvəllüdlü Nadirova Axirə İsməmməd qızını şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı bıçaqla qətlə yetirib.

E.Ağahəsənova Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Keçirilən əməliyyat tədbirləri nəticəsində Elgün Ağahəsənov polis əməkdaşları tərəfindən saxlanılıb.

Təqsirləndirilən şəxs qismində dindirilmiş Elgün Ağahəsənov ifadəsində bildirib ki, Axirə Nadirova ilə 2014-cü ildə ailə həyatı qurub və bir qız övladları dünyaya gəlib.

Aralarında maddi imkansızlıq səbəbindən mütəmadi söz-söhbətlər baş verib. Hadisədən 2 ay əvvəl bacanağı İlqar Novruzovun evində qalarkən Axirə spirtli içki qəbul etməyini irad tutaraq onu söyərək təhqir edib. Oda bundan əsəbləşərək arvadını döyüb. Axirə ondan Pirallahı RPŞ-nə şikayət ərizəsi verib. Bunun əsasında barəsində araşdrıma aparılıb və iş baxılması üçün rayon məhkəməsinə göndərilib. Həmin vaxtdan onlar ayrı yaşamağa başlayıblar.  

O, uşağını görmək istədiydə Axirə və qayınanası ona müxtəlif maneçiliklər yaradıblar. Buna görədə o, uşağını görmək üçün bacanağından kömək istəyib. Axirədə yanvarın 9-da uşaqla görüşməyinə icazə verib. 

Həmin gün səhər Elgün qayınanası gilə gedib. Evə daxil olduqda Axirənin harasa getməyə hazırlaşdığını görüb. Yoldaşı uşağı onun qucağından alıb övladı ilə görüşməyə vaxtının olmadığını söyləyərək onu söyüb. Axirənin hərəkətlərindən əsəbləşərək masanın üstündən bıçağı götürüb onu bir neçə dəfə vurub. Bu vaxt qayınanası digər otaqda olub. Qapıdan çıxıb getmək istəyəndə qayınanası onun yaxasından tutaraq dartıb. Elgün onu itələyərək əlində olan bıçağı yerə atıb və oradan uzaqlaşıb. Qardaşı ilə görüşüb hadisəni danışdıqdan sonra polisə gedərək könüllü təslim olub.

Məhkəmə prosesində Elgün Ağahəsənov ittiham üzrə özünü təqsirli bilib.

Zərərçəkmiş şəxsin hüquqi varisi xahiş edib ki, təqsirləndirilən şəxsə qanuna müvafiq cəza verilsin.

Sonda məhkəmənin hökmü ilə Elgün Ağahəsənov xüsusi amansızlıqla qəsdən adam öldürmə maddəsi ilə təqsirli bilinərək 17 il 2 ay müddətinə azadlıqdan məhrum olunub.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024

Xəbər lenti