Xəzər Xəbər

Polis dilənçi dəstəni saxladı – Qazandıqları pul, var-dövlət eşidənləri təəccübləndirdi

Hadisə | 14:19 • 21 Sentyabr 2022
Polis dilənçi dəstəni saxladı – Qazandıqları pul, var-dövlət eşidənləri təəccübləndirdi
Adananın Kozan mahalına bağlı ata-babadan dilənçi kəndi kimi tanınan Turqutlu kəndi dilənçiliklə əldə olunan gəlirlə gündəmə gəlib.
 
Polis dilənçilərlə bağlı reyd keçirib.
 
Belə ki, Ankara Maliyyə Cinayətləri ilə Mübarizə Şöbə Müdirliyi iqtisadi vəziyyəti yaxşı olmayan şəxslərin bank hesablarında külli miqdarda əməliyyat edildiyini müəyyən edib. 
 
Araşdırmalar zamanı vətəndaşların mənəvi hisslərindən sui-istifadə edən, camaatın sıx cəmləşdiyi yerlərdə əlilləri, uşaqları diləndirən dəstəni müəyyən edib.
 
Polislərin 3 ay davam edən axtarışları nəticəsində müəyyən edilmiş ünvanlarda əməliyyat təşkil edilib və 5 nəfər saxlanılıb.
 
Dəstə üzvlərinin özlərini möhtac göstərmək üçün uşaqların paltarlarını köhnə, cırıq və çirkli paltarlarla dəyişdirdikləri, özünü idarə edə bilməyən 94 yaşlı yataq xəstəsi qocanın əl arabası və ya əlil arabası vasitəsilə diləndirildiyi müəyyən edilib. 
 
Dəstə üzvləri bildirib ki, topladıqları pulları günün sonunda təhvil veriblər. Bu məbləğin gündə 2 min - 2 min 500 TL-ni hər gün mütəmadi bank hesablarına yatırıldıqları müəyyən edilib.
 
Dəstənin bank hesabları araşdırıldıqdan sonra məlum olub ki, son 1 ildə təqribən 3 milyon TL pul toplayıblar.
 
Həmçinin müəyyən edilib ki, dəstənin məmləkətlərində xeyli var-dövlətləri olub. Məlum olub ki, dəstə üzvləri Ankarada dilənçilik edərək topladıqları pullarla kəndlərində evlər tikib, traktor, tarlalar, bağlar alıblar. Yaz aylarında isə onların biçin üçün Turqutlu kəndinə qayıtdıqları müəyyən edilib./azxəbər

Xəbər lenti