Xəzər Xəbər

Bakıda qadını müdafiə etmək istəyən qazi ürəyindən bıçaqlandı - TƏFƏRRÜAT

Bakıda qanlı hadisə baş verib
Hadisə | 09:00 • 15 Avqust 2022
Bakıda qadını müdafiə etmək istəyən qazi ürəyindən bıçaqlandı - TƏFƏRRÜAT

Bakının Nəsimi rayonunda qanlı hadisə baş verib.

Ürəyindən bıçaqlanan Muradov Niyaməddin Dərşad oğlu parkda qətlə yetirilib.

O, naməlum kişini qadının əlindən telefon alaraq onu döyməsinin şahidi olub.

N. Muradov dərhal həmin kişinin bu əməlinin qarşısını almaq üçün qadını müdafiə etməyə çalışıb.

Naməlum kişi bıçaqla N.Muradovun ürəyinə zərbə endirib.

Xatırladaq ki, Niyaməddin Muradov 44 günlük Vətən müharibəsi iştirakçısıdır. o, “Qubadlının azad olunmasına” görə medalı ilə təltif edilib. (apa) 

 

Rubrikanın digər xəbərləri

Xəbər lenti

Çox oxunanlar