Xəzər Xəbər

Laçındakı ermənilər etiraz edir - daşınma xərci bahalaşdı

Hadisə | 16:27 • 11 Avqust 2022
Laçındakı ermənilər etiraz edir - daşınma xərci bahalaşdı

Laçın şəhəri, Zabux və Sus kəndlərində qanunsuz yaşayan ermənilər köç prosesində problemlə üzləşiblər.

Bu barədə Ermənistan mətbuatına Zabuxdakı erməni icmasının sədri Andranik Çavuşyan bildirib.

A.Çavuşyan ermənilərin avqustun 25-dək təxliyə olunması barədə xəbərdarlıq aldıqlarını qeyd edib. Lakin o, sözügedən mülki şəxslərin ciddi problemlə üzləşdiyini də qeyd edib

Çavuşyan deyib ki, köç prosesində “kənd sakinləri”nin ev əşyaları daşınmalıdır, amma yükdaşıyanlar  böyük tələbatdan istifadə edərək qiymətləri qaldırırlar.

“Xüsusilə İrəvana köçmək qərarına gələnlər üçün çətin olacaq, çünki məsafə əhəmiyyətli dərəcədə böyükdür və nəqliyyat xərci baha başa gələcək”.

İcma sədri deyib ki, Zabuxdan çıxanlar əsasən Ermənistanın Sünik (Zəngəzur-red.) rayonuna və İrəvana köçmək niyyətindədir, 7-8 ailə isə Qarabağın Əsgəran bölgəsində  məskunlaşmaq istəyir.

Çavuşyan onu da bildirib ki, yerli kilsənin xaçkarları da çıxarılır, ermənilər azərbaycanlılardan ehtiyatlandıqları üçün belə etdiklərini deyiblər.

Kənd sakinlərinin köçüb məskunlaşmasına kömək etmək üçün indi dövlət onlara pul və yanacaq şəklində yardım edir. Hər ailə üzvü üçün təxminən 40 min dram (indiki məzənnə ilə təxminən 100 dollar) ayrılır.

A.Çavuşyan deyib ki, “Zabux erməniləri” artıq tədricən kəndi tərk etməyə başlayıblar və çətin ki, kimsə son tarixə - avqustun 25-nə qədər gözləsin./modern.az

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024

Xəbər lenti