Xəzər Xəbər

Dəniz daha bir can aldı - 24 yaşlı gənc boğuldu

Bakıda gənc dənizdə boğularaq ölüb
Hadisə | 16:15 • 2 İyul 2022
Dəniz daha bir can aldı - 24 yaşlı gənc boğuldu

Bakı şəhərinin Xəzər rayonunda dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 4 km aralı, nəzarətsiz ərazi) 1 nəfər batıb.

Bu barədə XəzərXəbər-ə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Qeyd olunub ki, nazirliyin "112" qaynar telefon xəttinə bir nəfərin batması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunan FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən 1998-ci il təvəllüdlü İsrafilov Rafiq Zeynal oğlunun meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Xəbər lenti

Çox oxunanlar