Xəzər Xəbər

Bakıda yaşayış binasında yanğın söndürüldü YENİLƏNDİ

Hadisə | 16:12 • 2 İyul 2022
Bakıda yaşayış binasında yanğın söndürüldü

Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov küçəsində çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Əlavə məlumat veriləcək.

xxx

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın olması barədə məlumat daxil olub.

Nazirlikdən XəzərXəbər-ə bildirilib ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Xəbər lenti