Xəzər Xəbər

Azərbaycanda çöl ərazidə meyit tapılıb - Gənc və ya yeniyetmə olduğu ehtimal olunur

Hadisə | 2,652 | 11:33 • 21 May 2022
Azərbaycanda çöl ərazidə meyit tapılıb - Gənc və ya yeniyetmə olduğu ehtimal olunur

Şirvanda çöl ərazidə meyit tapılıb.

XəzərXəbər APA-ya istinadla xəbər verir ki, səhər saatlarında Şirvan şəhərinin kənarında yerləşən dəmir yolu stansiyası yaxınlığında şəxsiyyəti məlum olmayan kişi meyiti tapılıb.

Meyit müayinə olunmaq üçün Şirvan Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya mərkəzinə yerləşdirilib. Vizual baxış zamanı onun gənc və ya yeniyetmə yaşında olduğu ehtimal olunur.

Hüquq-mühafizə orqanların tərəfindən gəncin hansı şəraitdə öldüyü və meyitin kimə məxsus olması barədə araşdırma aparılır.

Xəbər lenti

Çox oxunanlar