Xəzər Xəbər

Bakıda kürəkən qayınatasını öldürüb

Hadisə | 10:28 • 18 May 2022
Bakıda kürəkən qayınatasını öldürüb

Bakıda kürəkən qayınatasını qətlə yetirib.

Hadisə Ramanı qəsəbəsi, "Şuşa şəhərciyi"ndə qeydə alınıb.

1987-ci il təvəllüdlü Taleh Heydərov özündən 9 yaş böyük olan qayınatası Qabil Qənbərovu bıçaq zərbələri ilə qətlə yetirib.

Taleh Heydərov hadisə yerindən qaçıb. Hazırda onun tutularaq istintaqa təhvil verilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Xəbər lenti