Xəzər Xəbər

Şamaxıda qadını şantaj edib, qızıllarını alan şəxs saxlanıldı

Hadisə | 13:05 • 27 Noyabr 2021
Şamaxıda qadını şantaj edib, qızıllarını alan şəxs saxlanıldı

Şamaxıda qadını şantaj edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Şamaxı Rayon Polis Şöbəsinə şəhər sakini olan bir qadının şəkillərinin sosial şəbəkədə yayılacağı ilə hədələnərək 2000 manat dəyərində qızıl-zinət əşyalarının alınması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən Şamaxı sakini S.Qədimov müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.

Xəbər lenti