Xəzər Xəbər

Ağlasığmaz hadisə: Ata yemək yemədiyi üçün ay yarımlıq körpəni yumruqlayıb öldürdü

Hadisə | 17:50 • 23 Oktyabr 2021
Ağlasığmaz hadisə: Ata yemək yemədiyi üçün ay yarımlıq körpəni yumruqlayıb öldürdü

Türkiyənin Qaziantep bölgəsində ağlasığmaz hadisə baş verib.
 
1,5 yaşlı Elif Hazal Yılmaz atasının atdığı yumruğa görə, müalicə aldığı xəstəxanada vəfat edib. Hadisənin təfərrüatları barədə açıqlamada qeyd olunub ki, 19 oktyabr tarixində bir ay əvvəl doğuş edən Duyqu Yılmaz xəstəxanada müalicə alan övladını görmək üçün evi tərk edib. Həyat yoldaşı Mehmet Yılmaz isə qızı Eliflə qalıb.

Yılmaz acdığını düşündüyü qızına yemək yedirtmək istəyib. Lakin Elif bunu rədd edib. Əsəbiləşən ata azyaşlıya yumruq atıb. Yerə yıxılan Elif hərəkətsiz qalanda, Yılmaz təcili tibbi yardım çağıraraq qızının yıxıldığını deyib. Hadisə ilə bağlı polislər Mehmeti nəzarətə alıb. O, sorğu zamanı qızına yumruq atdığını etiraf edib və tutularaq həbsxanaya göndərilib.

Elif Hazalın nəşi isə dəfn edilmək üçün yaxınlarına təhvil verilib. Duyqu Yılmaz qızının cənazəsi zamanı gözyaşlarına boğulub./Sfera.az 

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024

Xəbər lenti