Xəzər Xəbər

Qafqaz şahinini ovlayan Bakı sakini cəzalandırıldı

Hadisə | 17:05 • 24 Sentyabr 2021
Qafqaz şahinini ovlayan Bakı sakini cəzalandırıldı

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Şabran rayonu ərazisində ov edən şəxs saxlanılıb.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, brakonyerə məxsus 99-UU-811 dövlət nömrə nişanlı “NİVA” markalı avtomobilə keçirilən baxış zamanı vəhşi təbiətdən tutulmuş diri vəziyyətdə adı “Qırmızı kitab”a düşən Qafqaz şahini aşkar edilib:

“Araşdırma zamanı qanun pozucusunun Bakı şəhər sakini İlkin Əcəmov olduğu müəyyən edilib. Faktla bağlı qanun pozucusu barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb”.

B.Məhəmmədovun sözlərinə görə, baytar nəzarətindən sonra quş təbiətə buraxılıb.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024

Xəbər lenti