Xəzər Xəbər

Avtomobilin yük yerindən at əti aşkarlandı

Hadisə | 14:40 • 22 Sentyabr 2021
Avtomobilin yük yerindən at əti aşkarlandı

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları birgə reyd keçirib.

Agentlikdən verilən məlumata görə, Ağdaş rayonu ərazisində İsmayıllı şəhəri, Babadağ küçəsi, ev 2 ünvanında yaşayan vətəndaş Süleymanov Vüqar Hafiz oğluna məxsus VAZ 2107 markalı, 31-BE-575 dövlət qeydiyyat nişanlı minik avtomobilinə baxış keçirilib.

Baxış zamanı avtomobilin yük yerində baytarlıq (baytarlıq-sanitariya) ekspertizasından keçməyən, kəskin qoxuya malik, orqanoleptik göstəricilərinə görə texniki normativ hüquqi aktların tələblərinə cavab verməyən 120 kq təkdırnaqlı heyvana məxsus ət aşkarlanıb.

Müayinələrin aparılması üçün ətdən götürülən nümunələr Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim olunub.

Eyni zamanda, insan istehlakı üçün yararsız at əti müsadirə olunaraq saxlanca qoyulub.

Araşdırmalar davam etdirilir.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024

Xəbər lenti