Xəzər Xəbər

Azərbaycanda son günlərdə gənclərin qəfil ölümünə nə səbəb olur? - Tanınmış həkim açıqladı

Hadisə | 14:30 • 20 Sentyabr 2021
Azərbaycanda son günlərdə gənclərin qəfil ölümünə nə səbəb olur? - Tanınmış həkim açıqladı

Tanınmış infeksionist Vüqar Cavadzadə son günlərdə gənclər arasında ağırlaşmaların və ölümlərin müşahidə edilməsinə koronavirusun Delta variantını səbəb göstərib.
 
"Bildiyimiz kimi, hazırda ölkəmizdə karonavirusun delta variantı yayılmaqda davam edir. Delta variantı cavanlar arasında daha çox ağciyərlərin geniş həcimli zədələnməsi ilə müşahidə edilir. KT müayinəsində ağciyərlərin 70-80, hətta 90 faiz zədələnməsi aşkar edilir".

Həkimin sözlərinə görə, Delta variantı cavan şəxlərdə yüksək hərarətlə davam edir, hətta xəstəliyin ilk həftəsindən ağciyərlər geniş həcmli zədələnir.

"Son həftələrdə cavan şəxslərin daha tez ağırlaşmasını müşahidə edirəm" - deyə infeksionist qeyd edib. /Sfera.az

Xəbər lenti