Xəzər Xəbər

Universitetə silahlı hücum edən Timur danışdı: Dindar deyiləm, 10-cu sinifdən pul yığırdım ki…

Hadisə | 15:05 • 20 Sentyabr 2021
Universitetə silahlı hücum edən Timur danışdı: Dindar deyiləm, 10-cu sinifdən pul yığırdım ki…

Rusiyanın Perm Dövlət Universitetində terror törədən 18 yaşlı tələbə Timur Bekmansurovun sosial şəbəkələrdəki qeydləri üzə çıxıb.

Hücumdan 20 dəqiqə əvvəl o yazıb: “Mən heç bir ekstremist təşkilatın üzvü deyiləm. Dindar deyiləm. Mənim nə edəcəyim barədə heç kimin xəbəri yox idi. Hər şeyi özüm etmişəm. Bütün bunları İstintaq Komitəsinin işini asanlaşdırmaq üçün yazıram”.

Öz postunda Bekmansurov daha sonra qeyd edib: “Mən 10-cu sinifdən odlu silah əldə etmək üçün pul toplamışam. Aprel ayında isə silah saxlamaq üçün lisenziya almışam”.

İlkin araşdırmalar zamanı o da məlum olub ki, Timur əvvəlcə oxuduğu orta məktəbə hücum etmək istəyib. Amma sonradan fikrindən vaz keçib. Bundan sonra hücum üçün ticarət mərkəzlərini, xəstəxana, teatr və vağzalı nəzərdən keçirib. Son anda universitetin üzərində dayanıb./Lent.az

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024
Bakıda oğlan sevgilisini qətlə yetirib
Bakıda oğlan sevgilisini qətlə yetirib YENİLƏNİB
11:36 • 20 Aprel 2024

Xəbər lenti