Xəzər Xəbər

Sumqayıtda​ atadan ŞOK ƏMƏL: oğlunun evini yandırdı

Sumqayıtda ata oğlu və gəlinin yaşadığı evi yandırdı
Hadisə | 672 | 17:09 • 1 Avqust 2021
Sumqayıtda​ atadan ŞOK ƏMƏL: oğlunun evini yandırdı

Spirtli içki aludəçisi olan ata Sumqayıtda oğlu və gəlinin yaşadığı evi yandırıb.

Hadisə şəhərin Hacı Zeynalabdin qəsəbəsində qeydə alınıb.

Belə ki, məişət zəminində düşən mübahisə zamanı 63 yaşlı Ağabaxış Abdıyev oğlu Nizami Abdiyev və gəlini Aygül Abdiyevanın yaşadığı həyət evini yandırıb. Əraziyə cəlb olunan yanğınsöndürənlər tərəfindən yanğın söndürülüb. Hadisə nəticəsində evin çox hissəsi yanaraq yararsız hala düşüb.

Hadisədən sonra mənzildə qalanların izahatları alınıb. Ağabaxış Abdıyevin spirtli içki aludəçisi olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, ev artıq son iki ildə ikinci dəfədir yandırılır./apa

Xəbər lenti