Xəzər Xəbər

18 yaşlı qızı tualetdə zəncirləyən şəxs tutuldu

Hadisə | 939 | 11:18 • 24 İyul 2021
18 yaşlı qızı tualetdə zəncirləyən şəxs tutuldu


Bərdə rayonunda 18 yaşlı qızı tualetdə zəncirlə bağlayaraq saxlayan şəxs həbs edilib.

Prokurorluqdan XəzərXəbər-ə verilən xəbərə görə, iyulun 22-də rayonun Bərdə şəhər sakini Ə.Y-nin zəncirlə bağlanması barədə məlumat daxil olub.

Aparılmış araşdırmalarla zərərçəkmişin anasının tanışı Ruslan Rzayevin 2003-cü il təvəllüdlü Əfsanə Yusifzadəni ayağından Bərdə şəhərində yerləşən yataqxanada ümumi istifadədə olan sanitar qovşağında zəncirlə dəmir boruya bağlayaraq qəsdən azadlığını məhdudlaşdırmasına və sağlamlığına müxtəlif dərəcəli bədən xəsarətləri yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 145.2.3-cü (qanunsuz azadlıqdan məhrum etmə yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.

Ruslan Rzayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. Cinayət işi üzrə istintaq davam edir.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024

Xəbər lenti