Xəzər Xəbər

Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlandı – 33 nəfər öldü

Azərbaycanda koronavirusa 2 144 yeni yoluxma qeydə alınıb, 33 nəfər vəfat edib
Hadisə | 17:14 • 18 Aprel 2021
Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlandı – 33 nəfər öldü

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 144  yeni yoluxma faktı qeydə alınıb, 1 923 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan XəzərXəbər-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 33 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 300 666 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 264 403 nəfər müalicə olunaraq sağalıb, 4 140 nəfər vəfat edib, 32 123 aktiv xəstə sayı  nəfərdir.

Ölkədə son sutka ərzində 12 184, hazırkı dövrədək isə 3 108 924 test aparılıb.

Xəbər lenti

Çox oxunanlar