Xəzər Xəbər

Hacıqabulda avtomobillər toqquşdu, xəsarət alan var

Hadisə | 11:11 • 18 Aprel 2021
Hacıqabulda avtomobillər toqquşdu, xəsarət alan var

Hacıqabul rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Hadisə Bakı-Qazax yolunun rayonun Padar-Çöl kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Mercedes” markalı minik maşını Gəncə istiqamətində hərəkətdə olarkən arxadan gələn eyni markalı avtomobil ona çırpılıb. Hadisə nəticəsində bir nəfər - Yevlax rayon sakini, 24 yaşlı Yunusov Arzuman Musa oğlu müxtəlif xəsarətlər alıb. Yaralı Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Fakla bağlı araşdırma aparılır./report

Xəbər lenti

Çox oxunanlar