Xəzər Xəbər

Bakıda yaşayış binasında yanğın: 2 nəfər xəstəxanalıq oldu

Hadisə | 10:39 • 18 Aprel 2021
Bakıda yaşayış binasında yanğın: 2 nəfər xəstəxanalıq oldu

Bakı şəhərinin Nizami rayonunda beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 50 m² olan mənzilin mətbəxində 1 ədəd soyuducu və mebel 0,5 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən XəzərXəbər-ə verilən məlumata görə, yüksək temperaturdan lambirindən ibarət tavan 10 m² sahədə əriyib.

Yanğın zamanı 2 nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkim briqadasına təhvil verilib.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Rubrikanın digər xəbərləri

Xəbər lenti