Bakı 26 ℃
Xəzər Xəbər
USD 1.7

Ucarda DƏHŞƏT - ər arvadını qətlə yetirdi

Hadisə | 111 | 10:37 • 15 Aprel 2021
Ucarda DƏHŞƏT - ər arvadını qətlə yetirdi

Aprelin 14-də saat 15 radələrində Ucar rayonu, Qarabörk kəndi ərazisində rayon sakini 1985-ci il təvəllüdlü Kərimova Validə Məzahir qızının bıçaqlanaraq öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Ucar rayon prokurorluğundan verilən məlumata görə, cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, digər prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış ilkin araşdırmalarla zərərçəkmişin əri Məmmədov Qasım Fazil oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Validə Kərimovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Ucar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Qasım Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir./Trend

Çox oxunanlar

XƏBƏRDARLIQ: 3 gün qaldı
385 | 10:27 • 12 May 2021
Bir həftə iş olmayacaq
955 | 17:16 • 19 Aprel 2021