Xəzər Xəbər

Ağstafada “Mitsubishi” və “VAZ” toqquşub, xəsarət alan var

Hadisə | 16:31 • 13 Dekabr 2020
Ağstafada “Mitsubishi” və “VAZ” toqquşub, xəsarət alan var

Ağstafa rayonunda xəsarətlə nəticələnən yol qəzası olub.

Xezerxeber.az-a verilən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Ağstafa rayonunun Köçvəlili kəndində "Mitsubishi” və "VAZ” markalı iki minik avtomobilinin toqquşması barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan "VAZ" markalı minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.


Sevinc 

Xəbər lenti

Çox oxunanlar