Xəzər Xəbər

İsmayıllıda yük avtomobili hasara çırpılıb

Hadisə | 16:49 • 13 Dekabr 2020
İsmayıllıda yük avtomobili hasara çırpılıb

İsmayıllıda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən İsmayıllı rayonunda "JAC” markalı yük avtomobili yol kənarındakı hasara çırpılıb. Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər. 


Sevinc 

Xəbər lenti