Xəzər Xəbər

Bakıda anbar yanır

Hadisə | 19:12 • 8 Dekabr 2020
Bakıda anbar yanır

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə paytaxtın Nərimanov rayonu İslam Abışov küçəsində yerləşən anbarda yanğının baş verməsi barədə məlumat daxil olub.


FHN-in mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq bölmələri yanğının baş verdiyi əraziyə cəlb olunub.


İlkin məlumata görə, yanğının sahəsi təqribən 250 kvadratmetr təşkil edir. Hazırda yanğınsöndürmə işləri aparılır.


Əlavə məlumat veriləcək.

Xəbər lenti