Xəzər Xəbər

Bakıda ev yanıb

Hadisə | 09:51 • 4 Dekabr 2020
Bakıda ev yanıb

Bakı şəhərinin Nərimanov rayonunda ümumi sahəsi 50 kv.m olan birmərtəbəli evdə yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Xezerxeber.az-a verilən məlumata görə, evin tavanı 20 kv.m sahədə və dam örtüyünün yanar konstruksiyaları 40 kv.m sahədə yanıb.

Evin qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. 

Sevinc 


Xəbər lenti

Çox oxunanlar