Xəzər Xəbər

Axtarışda olan Azərbaycan vətəndaşı İstanbulda saxlanılıb

Hadisə | 09:36 • 4 Dekabr 2020
Axtarışda olan Azərbaycan vətəndaşı İstanbulda saxlanılıb

3.5 il əvvəl Azərbaycandan Türkiyəyə gedən və orada qeyri-qanuni işləyən Sadiq. M. saxlanılıb.  


"Xezerxeber.az” Anadolu Agentliyinə istinadən xəbər verir ki, İstanbul polisinin Asayiş Şöbə Müdirliyi tərəfindən aparılan əməliyyat zamanı dələduzluqda ittiham olunan 33 yaşlı Sadiq M. toxuculuq müəssisəsində tapılıb.



Şəxs Azərbaycanda qəsdən adam öldürmə cinayəti ilə axtarışda olub. Polisdəki prosedurları tamamlanan şəxs Azərbaycana qayıtma prosesi çərçivəsində ədliyyəyə sövq edilib.


Nərmin Məcidli



Xəbər lenti