Xəzər Xəbər

Gömrük siqaret və dərmanların qanunsuz dövriyyəsinin qarşısını alıb

Hadisə | 11:14 • 21 Avqust 2020
Gömrük siqaret və dərmanların qanunsuz dövriyyəsinin qarşısını alıb

Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda üç fakt üzrə siqaret və dərman preparatlarının gömrük nəzarətindən gizlədilərək ölkə ərazisinə keçirilməsi cəhdinin qarşısı alınıb.


Bu barədə XəzərXəbər-ə Dövlət Gömrük Komitəsindən (DGK) bildirilib.


Məlumata görə, Gürcüstan istiqamətindən gələn "Mercedes-Benz 1840", "Mercedes-Benz Axor" və "Volvo" markalı yük nəqliyyat vasitələri saxlanılıb.


Gömrük baxışı zamanı nəqliyyat vasitələrində gömrük nəzarətindən gizlədilən, ümumilikdə 3 800 ədəd müxtəlif markalı siqaretlər və 176 həb müxtəlif adda dərman preparatları aşkarlanıb.


Faktlarla bağlı araşdırma aparılır.

Rubrikanın digər xəbərləri

Xəbər lenti