Xəzər Xəbər

Beyrutda ölənlərin sayı 150-yə çatdı

Hadisə | 11:25 • 7 Avqust 2020
Beyrutda ölənlərin sayı 150-yə çatdı

Avqustun 4-də Beyrutun dəniz limanında baş vermiş partlayış nəticəsində ölənlərin sayı atır.


Yerli media məlum partlayış nəticəsində ölənlərin sayının 149-a çatdığını yazıb, 5 mindən çox insan isə yaralanıb.


Qeyd edək ki, daha əvvəlki 145 nəfərin öldüyü bildirilirdi. Partlayış dalğası Beyrutda yüzlərlə binanı dağıdıb və ya zədələyib. Habelə 300 mindən çox insan evsiz qalıb.


Livan Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, partlayış 2 min 750 ton ammonium nitratın qaynaq işləri zamanı yanması səbəbindən baş verib. Altı il öncə gömrük xidmətinin müsadirə etdiyi ammonium nitrat limanın anbarında saxlanılırmış. Hadisə ilə əlaqədar liman administrasiyasının 16 əməkdaşı, o cümlədən direktoru saxlanılıb.

Rubrikanın digər xəbərləri

Xəbər lenti

Çox oxunanlar