Xəzər Xəbər

Dönər restoranında 700 nəfər zəhərləndi: ölən var

Hadisə | 15:22 • 29 İyul 2020
Dönər restoranında 700 nəfər zəhərləndi: ölən var

İordaniyada kütləvi qida zəhərlənməsi olub.


Belka vilayətində fəaliyyət göstərən restoranda yedikləri dönərdən 700 nəfər xəstəxanaya yerləşdirilib.


Zəhərlənənlərdən 5 yaşlı uşaq dünyasını dəyişib.


İordaniya Səhiyyə Nazirliyindən verilən məlumata görə, xəstəxanaya yerləşdirilənlərdən bəziləri müalicə alaraq evə buraxılıb. Bəziləri isə vəziyyəti ağır olduğu üçün reanimasiyaya yerləşdirilib.


Zəhərlənməyə səbəb olan dönərdən götürülən analiz nümunələrindən laboratoriyada "Campylobacter" bakteriyası tapılıb. Restoranda aparılan araşdırmada soyuducuların işləmədiyi aşkarlanıb./Publika.az 

Rubrikanın digər xəbərləri

Xəbər lenti