Xəzər Xəbər

Binəqədi rayonunda üç avtomobildən oğurluq edilib

Hadisə | 16:43 • 8 May 2020
Binəqədi rayonunda üç avtomobildən oğurluq edilib

Paytaxtın Binəqədi və Nəsimi rayonlarında oğurluqla məşğul olan şəxslər tutulublar.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, Binəqədi rayonu ərazisində üç avtomobildən yan güzgüsü, təkər və akkumulyator oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini S.Əliyev Rayon Polis İdarəsinin 6-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.


Aprelin 24-də İ.Qədimovun 9000 manat dəyərində velosipedini oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E.Əbilov isə Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yaxalanıb.


Hər iki faktla bağlı araşdırmalar davam etdirilir.

Xəbər lenti

Çox oxunanlar