Xəzər Xəbər

Sürücülərin nəzərinə! Bu ərazilərdə yollar təmirə bağlanır

Hadisə | 12:57 • 8 May 2020
Sürücülərin nəzərinə!

Aparılan təmir-tikinti işləri ilə əlaqədar olaraq Abşeron rayonu, Saray qəsəbəsi Heydər Əliyev prospektində bu gündən başlayaraq hərəkət hissə-hissə qismən məhdudlaşdırılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) XəzərXəbər-ə verilən məlumata görə, məhdudlaşma təmir işləri bitənədək qüvvədə olacaq.

Bu səbəbdən sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

AAYDA yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyir.

Xəbər lenti