Xəzər Xəbər

Bakıda rabitə naqillərini oğurlayan şəxs yaxalanıb

Hadisə | 12:43 • 30 Aprel 2020
Bakıda rabitə naqillərini oğurlayan şəxs yaxalanıb

Sabunçu rayonu Balaxanı və Muxtarov qəsəbələrində rabitə naqillərini gizli olaraq oğurlayan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən xezerxeber.az-a verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı əvvəllər dəfələrlə məhkum olunmuş paytaxt sakini İlqar Səfərov tutulub. O, ifadəsində törətdiyi cinayəti etiraf edərək qeyd edib ki, dəfələrlə qeyd edilən qəsəbələrin ərazisindən keçən rabitə naqillərini kəsib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin İstintaq şöbəsində araşdırmalar davam etdirilir.

Xəbər lenti