Xəzər Xəbər

Bakıda “Köhnə hamam”dan 41 yaşlı kişinin meyiti tapıldı

Hadisə | 12:22 • 8 Aprel 2020
Bakıda “Köhnə hamam”dan 41 yaşlı kişinin meyiti tapıldı

Bakının Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən "Köhnə hamam” deyilən tikilinin içərisində kişi meyiti aşkarlanıb.

Trend-in məlumatına görə, araşdırmalar zamanı meyitin Xətai rayon sakini, 1979-cu il təvəllüdlü Mixail Kanonova məxsus olduğu müəyyən edilib.

Hadisə yerinə baxış keçirilərkən meyitin yaxınlığında şpris aşkar olunub.

Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda araşdırmalara başlanılıb, müvafiq ekspertizalar təyin edilib.

Rubrikanın digər xəbərləri

Xəbər lenti

Çox oxunanlar