Xəzər Xəbər

Lənkəranda iki ailənin evi yandı XƏSARƏT ALAN VAR

Hadisə | 09:52 • 14 Fevral 2020
Lənkəranda iki ailənin evi yandı

Lənkəranda yanğın hadisəsi qeydə alınıb.

XəzərXəbər xəbər verir ki, hadisə ümumi sahəsi 120 m2 olan ikimərtəbəli yaşayış evində qeydə alınıb.

Belə ki, 10 nəfərdən ibarət 2 ailənin yaşadığı ev yanıb. Hadisə zamanı ailə üzvlərindən biri yanıq xəsarəti alıb. O, Lənkəran Rayon Mərkəzi Xəstaxanasına çatdırılıb. Ailənin digər üzvləri isə kənddəki qohumlarının evinə yerləşdirilib.

Yanğının başvermə səbəbi hələ məlum deyil.//Report.az

Xəbər lenti

Çox oxunanlar