Xəzər Xəbər

Bakının mərkəzində sürücülər arasında DAVA – MAŞINI TƏPİKLƏ ƏZDİ

Hadisə | 14:15 • 7 Yanvar 2020
Bakının mərkəzində sürücülər arasında DAVA

Bakıda sürücülər arasında dava-dalaş olub.

XəzərXəbər Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, yanvarın 5-də saat 23 radələrində F.X.Xoyski küçəsində "Toyota” markalı avtomobilin sürücüsünün Bakı şəhər sakini T.Baxşıyevi bıçaqla hədələməsi, "Mercedes” markalı avtomobilini təpiklə əzməsi, habelə idarə etdiyi nəqliyyat vasitəsi ilə T.Baxşıyevin avtomobilini vurub hadisə yerini tərk etməsi barədə DİN-in "102” Zəng Mərkəzinə məlumat daxil olub. Dərhal Nərimanov RPİ 17-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini F.Həsənov polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.

Xəbər lenti

Çox oxunanlar