Xəzər Xəbər

Hadisə yerindən qaçan sürücü saxlanıldı

Hadisə | 14:42 • 6 Yanvar 2020
Hadisə yerindən qaçan sürücü saxlanıldı

Yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən sürücü saxlanılıb.

XəzərXəbər-ə Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə, Binəqədi RPİ 40-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 1-də Ziya Orucovun ölümü və H.Ağayevin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən "VAZ-2107” markalı avtomobilin sürücüsü, Abşeron rayon sakini R.Dadaşov saxlanılıb.

Xəbər lenti

Çox oxunanlar